Fərhad Həsənliyə yüksək vəzifə verildi

08.01.2026

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Bakı şəhəri Operativ Vergi Nəzarəti və Uçotun Təşkili Baş İdarəsində yeni təyinatlar olub.

Milli.Az xəbər verir ki, iqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq əmrlər imzalanıb.

Əmrə əsasən, Fərhad Həsənli Baş İdarənin Məlumatlandırma idarəsinin rəisi vəzifəsinə təyin olunub.

Eyni zamanda, digər əmrlə Baş İdarənin Sənədlərlə iş və icra intizamına nəzarət şöbəsinin rəisi İmanverdi Abdullayev vəzifəsindən azad olunub. Daha bir əmrlə isə onun yerinə Elmira Əzizova təyin olunub.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью