Fərhad Mehdiyev pasiyentlərə səsləndi: Həkim seçiminə ciddi yanaşın

19.08.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Qeysəriyyə əməliyyatından sonra bir qadının vəfat etməsi ilə bağlı yayılan məlumatlar cəmiyyətdə geniş müzakirələrə səbəb olub.

Redaktor.az xəbər verir ki, vəkil Fərhad Mehdiyev sosial şəbəkə hesabında paylaşım edərək Azərbaycanda həkim seçimi zamanı diqqət edilməli məqamlardan danışıb.

Vəkilin sözlərinə görə, həkim seçərkən əsas meyarlardan biri etibarlı tövsiyədir. O, bu baxımdan həkim tərəfindən verilən tövsiyənin daha etibarlı olduğunu vurğulayıb.

F.Mehdiyev qeyd edib ki, yalnız xəstəxananın adı və nüfuzuna əsaslanaraq seçim etmək doğru yanaşma deyil. Onun fikrincə, tanınmış tibb müəssisəsində belə pasiyentin konkret olaraq hansı həkimlə qarşılaşacağı əvvəlcədən bəlli olmaya bilər və problem yarandıqda onun həlli hər zaman mümkün olmur.

Vəkil bildirib ki, özü də tanışlarına həkim seçimi ilə bağlı uroloq Vahid İsmayılovdan məsləhət alıb. Onun sözlərinə görə, V.İsmayılov həmin şəxsləri məsuliyyətli və peşəkar mütəxəssislərə yönləndirib.

“Qısacası, institusionallaşma olmayan cəmiyyətlərdə brend və marka hər zaman keyfiyyət demək deyil. Buna görə də xəstəxananın adı nə qədər tanınmış olsa da, nəticədən narazı qalmaq mümkündür”, – deyə F.Mehdiyev bildirib.

O, həmçinin xidmət sektorunda, xüsusilə səhiyyə sahəsində fəaliyyət göstərən şəxsləri müştəri və pasiyent məmnuniyyətinə daha ciddi yanaşmağa çağırıb və qarşılaşdığı bəzi hallara tənqidi münasibət bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью