Fərhad Mehdiyevin qızının öldüyü qəzanın VİDEOSU

17.06.2026

Metbuat saytından alınan məlumata görə, Icma.az bildirir.

Tanınmış hüquqşünas Fərhad Mehdiyevin qızı Zəhra Mehdizadənin həlak olduğu yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.

Metbuat.az xəbər verir ki, görüntülər Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən ictimailəşdirilib.

Məlumata görə, iyunun 16-da saat 17:00 radələrində Bakı-Quba avtomobil yolunda nasazlıq səbəbindən dayanmış “Mercedes” markalı avtomobilə motosiklet çırpılıb.

Bildirilib ki, avtomobilin sürücüsü Pərviz Əhmədov nəqliyyat vasitəsini hərəkət hissəsindən kənarlaşdırmayıb və digər sürücüləri yalnız əl işarələri ilə xəbərdar etməyə çalışıb.

Nəticədə həmin zolaqda hərəkətdə olan 17 yaşlı Zəhra Mehdizadənin idarə etdiyi motosiklet avtomobilə çırpılıb. Sürücülük hüququ olmadığı qeyd olunan Z.Mehdizadə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Qəzanın görüntülərini təqdim edirik:


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью