Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyə futbolunda qanunsuz mərc və idman cinayətləri ilə bağlı aparılan istintaq çərçivəsində diqqətçəkən yeni detallar üzə çıxıb.
Apasport.az xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində saxlanılan Mərkəzi Hakimlər Komitəsinin (MHK) sədri Ferhat Gündoğduya məxsus rəqəmsal materiallarda FIFA referisi Kerem Ersoyla söhbətə aid olduğu bildirilən səs yazısı aşkarlanıb.
Məlumata görə, söhbət bir müddətdir oyunlara təyinat almayan Ersoyun Gündoğduya göndərdiyi mesajdan sonra başlayıb. MHK rəhbəri Ersoyun atası Fahir Ersoyun bəzi şəxslərlə əlaqə saxladığını iddia edib:
“Bir iş görürsən və bunu bəlli də edirsən. Mən buna baxmayaraq sənə oyun verməyə davam edirəm”.
Ersoy deyilənlərin nə ilə bağlı olduğunu anlamadığını söylədikdən sonra Gündoğdu ona sərt cavab verib:
“Ya ərizəni verib hakimliyi burax, ya da özünü düzəlt”.
Söhbətin davamında Gündoğdunun ifadələri daha da sərtləşib:
“Sənin hakimliyinə son qoyub-qoymamaq arasında qalmışam. Sənə son şans verirəm. Ya adam ol, ya da çıx get”.
Kerem Ersoy isə hər hansı qrupla birlikdə hərəkət etmədiyini və yalnız hakimlik fəaliyyətinə fokuslandığını bildirib.
Səs yazısında Gündoğdunun Ersoyun atası Fahir Ersoyun bəzi dərnək və birliklərlə əlaqələrindən də danışdığı bildirilir. O, “Mən səni atandan ayrı düşünə bilmərəm” ifadəsini işlədib. Ersoy isə atasının hər hansı əks fəaliyyətdə iştirak etmədiyini söyləyib.
Gündoğdu söhbət zamanı bəzi şəxslər və yazışmalar barədə “Dövlət izləyir və həbs edir” ifadəsini də işlədib.
MHK rəhbəri Ersoya komitə haqqında danışmaması ilə bağlı xəbərdarlıq edib:
“MHK haqqında bir də heç yerdə danışma. Bu dəfə münasibətim fərqli olacaq. Bu, son xəbərdarlığımdır”.
Gündoğdunun daha sonra “Əgər bundan əl çəkməsən, dua et ki, mən gedim. Onlara da de, onlar da mənim getməyim üçün dua etsinlər. Ancaq onda qurtula bilərsiniz” dediyi bildirilir.
Bununla belə, Gündoğdu söhbət zamanı Ersoyun matçlarda qəsdən səhvə yol vermədiyini və dürüst hakim olduğunu da vurğulayıb.
Qeyd edək ki, Ferhat Gündoğdu İstanbul Respublika Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində saxlanılıb. İstintaq davam edir.
A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi