Fərid Axundov vəzifəsindən ayrılacaq

11.12.2024

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Fərid Axundov 1 yanvar 2025-ci il tarixindən etibarən “PAŞA Bank”ın Müşahidə Şurasından ayrılacağını açıqlayıb.

Gununsesi.info  xəbər verir ki, bu barədə, o, sosial şəbəkə hesabında paylaşım edib.

“PASHA Bank-ın Azərbaycanda aparıcı maliyyə qurumuna çevrilməsinə şahidlik etməkdən həm peşəkar bankir, həm də bu möhtəşəm ölkənin vətəndaşı kimi qürur duyuram. Fəaliyyətimi Bakı Fond Birjasının Müşahidə Şurasının sədri olaraq davam etdirəcəm”, deyə paylaşımda qeyd olunub.

Xatırladaq ki, Fərid Axundov PAŞA Bankda öz fəaliyyətini 2007-ci ildə İdarə Heyətinin Sədri qismində başlayıb və 2015-ci ildə Müşahidə Şurasının üzvü vəzifəsinə təyin olunub.

Gununsesi.info 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью