Fərid Axundov vəzifəsindən AYRILIR

11.12.2024

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"PAŞA Bank"ın Müşahidə Şurasının üzvü Fərid Axundov vəzifəsindən ayrılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, "Linkedin" hesabında yazıb.

Fərid Axundov 1 yanvar 2025-ci il tarixindən etibarən fəaliyyətini Bakı Fond Birjasının Müşahidə Şurasının sədri olaraq davam etdirəcəyini bəyan edib. 

Xatırladaq ki, Fərid Axundov PAŞA Bankda fəaliyyətə 2007-ci ildə İdarə Heyətinin Sədri qismində başlayıb və 2015-ci ildə Müşahidə Şurasının üzvü vəzifəsinə təyin olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью