Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 1 oktyabr, AZƏRTAC Builki Bakı Beynəlxalq Kitab Sərgisi iştirakçı sayının çox olması səbəbindən daha geniş ərazidə təşkil olunub.
İlk dəfə sərginin ekspozisiyaları milli və beynəlxalq salonlarda ayrı-ayrılıqda təqdim edilir.Bunu XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində AZƏRTAC-a müsahibəsində mədəniyyət nazirinin müavini Fərid Cəfərov bildirib.“Builki sərgidə 120-dən artıq yerli və 70-dən çox xarici nəşriyyatın iştirakı nəzərdə tutulub.
Bir həftə ərzində kitab təqdimatları, müxtəlif müzakirələr və konfranslar daxil olmaqla 250-dən çox tədbirin keçirilməsi planlaşdırılır”, – deyə F.Cəfərov əlavə edib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.