Fərid Cəfərov: ISESCO nun Bakıda regional ofisinin yaradılması mühüm addımdır

17.04.2025

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

"Azərbaycan ISESCO-nun postmünaqişə dövründə bərpa sahəsindəki təcrübəsini yüksək qiymətləndirir".

Oxu.Az xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov "Şuşa - İslam dünyasının mədəniyyət paytaxtı ili"nin bağlanış mərasimində çıxışı zamanı deyib.

O qeyd edib ki, ISESCO ilə tərəfdaşlıq Azərbaycana mədəni irsini gələcək nəsillər üçün effektiv şəkildə qorumaq və dirçəltmək üçün güvən və resurslar verir:

"Əməkdaşlığımız ISESCO ilə fərdi tədbirlərdən daha çox, davamlı, uzunmüddətli təşəbbüsləri əhatə edir. ISESCO-nun Bakıda regional ofisinin yaradılması regionumuzda təşkilatın məqsədlərinin irəliləyişi üçün mühüm addımdır. "Şuşa-2024"ün uğurla yekunlaşması ilə dostluq və mədəni mübadilə əlaqələrimizi daha da gücləndirmək əzmimizi bir daha təsdiqləyirik".

Məhərrəm Əliyev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью