Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 4 fevral, AZƏRTAC
Rəqəmsallaşma artıq dövlət idarəçiliyində və cəmiyyətin bütün sahələrində əsas alətlərdən birinə çevrilib. Süni intellekt isə prosesi daha da sürətləndirir.
Bunu AZƏRTAC-a müsahibəsində mədəniyyət nazirinin müavini Fərid Cəfərov deyib.
O bildirib ki, mədəniyyət sahəsində rəqəmsallaşma həm idarəetməni asanlaşdırır, həm də əlçatanlığı artırır. Elektron kitabxanalar, musiqi, rəqəmsal kino platformaları oxucuların, tamaşaçı və dinləyicilərin mədəniyyətə çıxışını xeyli genişləndirir.
“Süni intellekt və rəqəmsal alətlər, eyni zamanda maliyyə yükünü azaldır, icra proseslərini sürətləndirir və səmərəliliyi artırır. Bu səbəbdən rəqəmsallaşma “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının icrasında əsas alətlərdən biri kimi nəzərdə tutulur”, - deyə nazir müavini qeyd edib.