Fərid Cəfərov: Son iki ildə istehsalına başlanılan 71 filmin 50 si təhvil verilib

12.11.2025

Icma.az bildirir, Operativ MM portalına istinadən.

Son iki ildə kino sənayesi sahəsində ölkəmizdə 71 filmin istehsalına başlanılıb. Bunların 50-si artıq tamamlanıb və təhvil verilib. Onlardan 5-i tammetrajlı filmdir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov noyabrın 12-də parlamentin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında çıxışı zamanı deyib.

Nazir müavini bildirib ki, çəkilən filmlərdən 15-i Vətən müharibəsinə, Qarabağa həsr edilib. Eyni zamanda, hazırda Vətən müharibəsi ilə bağlı 5 tammetrajlı filmin də çəkilişi davam edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью