Fərid Cəlalov Bu il heyətə gəncləri də cəlb etmişik

22.05.2025

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

“Avropa Gümüş Liqasına hazırlıqlarımız davam edir".

İdman.biz xəbər verir ki, bunu kişi voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Fərid Cəlalov federasiyanın mətbuat xidmətinə açılamasında bildirib.

Mütəxəssis hazırlıq prosesi ilə bağlı fikirlərini bölüşüb: "Oyunlarımızın başlamasına az vaxt qalıb. İlk oyunlarımız İsveç və Gürcüstan milliləri ilə səfərdə olacaq. Rəqiblərimizi analiz etmişik. Düşünürəm ki, istədiyimiz oyunu göstərə bilsək qalib gələ bilərik. Əlbəttə, rəqiblərimiz arasında daha təcrübəli komandalar da var. Bu il heyətimizə təcrübəli oyunçularla yanaşı, gənclərimizi də cəlb etmişik. Çalışmalıyıq ki, hər bir oyunda gözəl oyun göstərək və qalib gələk”.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью