Fərid Əlibabazadə döyüşə çıxır

27.11.2024

Missiya.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dekabrın 29-da Özbəkistanın paytaxtı Daşkənd şəhərində baş tutacaq görüşdə Fərid Əlibabazadə Octagon liqa kəmərini qorumaq üçün döyüşəcək. 

Missiya.az xəbər verir ki, onun rəqibi özbəkistanlı idmançı Ənvər Abdullayev olacaq. 

Xatırladaq ki, Fərid Əlibabazadə avqustun 23-də 5-ci raundda Əsgər Caksılokova boğucu fəndlə qalib gələrək Octagon liqa kəmərinin sahibi olub. 

Peşəkar idmançı olan Fərid Əlibabazadə MMA döyüşçüsüdür və ümumilikdə 21 döyüşdə isəştirak edib. İdmançının rekordu 21 döyüş,13 qələbə 7 məğlubiyyət və1 heç heçədir.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью