Fərid İsmayılovla Nihad İbrahimxəlilov da saxlanıldı

17.01.2025

Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


“Toplum TV” işi üzrə barəsində polis nəzarəti altında olma qətimkan tədbiri seçilmiş jurnalist Fərid İsmayılov saxlanılıb.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, onunla bağlı həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə istintaq orqanı tərəfindən məhkəməyə təqdimat daxil olub.
Bildirilib ki, Fərid İsmayılovla birgə otaq yoldaşı olan Nihad İbrahimxəlilov (Libertain) da saxlanılıb.
Hazırda Fərid İsmayılovla bağlı təqdimata Xətai rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi ilə baxılır.
Qeyd edək ki, ötən ilin mart ayının 6-da “Toplum TV”nin ofisində axtarış aparılıb. Xətai Rayon Məhkəməsində “Toplum TV”nin həmtəsisçiləri Akif Qurbanov, Ələsgər Əhmədoğlu (Məmmədli), əməkdaşları və III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli barəsində həbs qətimkan tədbiri seçilib. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью