Fərid Məmmədov, Amit Quluzadə, Xaqani Məmmədov əsl baş məşqçi kimdi?

20.04.2025

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

1-ci liqanın aşkar autsayderi “Qaradağ Lökbatan”ın düşərgəsində maraqlı hadisələr baş verir.

Protokolda baş məşqçi kimi Fərid Məmmədov göstərilir, komandanı oyunlara Amit Quluzadənin hazırladığı deyilir, üstəlik potensial baş məşqçi kimi Xaqani Məmmədovun adı hallanır.
Bütün bu məqamlara aydınlıq gətirmək üçün klubun direktoru Bəbir Həsənovla əlaqə saxladıq:

“Komadanın turnir cədvəlindəki vəziyyətinə görə daha təcrübəli mütəxəssis kimi Xaqani Məmmədovu dəvət etdik. İlkin mərhələdə razılıq əldə olunsa da, daha sonra anlaşa bilmədik. Baş məşqçimiz Amit Quluzadədi, kateqoriyası olmadığına görə protokolda adı yoxdu. Fərid Məmmədovu tam azad etməmişik, hələ ki qalır”

.
MÜZƏFFƏR QULUZADƏ
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью