Fərid Namazov baş məşqçi təyin edildi

02.07.2026

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"İmişli" klubu baş məşqçi postuna Fərid Namazovu təyin edib.

Milli.Az xəbər verir ki, gənc mütəxəssislə 1 illik müqavilə imzalanıb.

UEFA PRO kateqoriyalı mütəxəssis karyerası ərzində "Qarabağ", "Səbail", Azərbaycanın aşağı yaş qrupları üzrə milli komandaları və U-21 yığmasında çalışıb.

Fərid Namazov "İmişli"yə yad sima deyil. Onun rəhbərliyi altında komanda 2024/2025 mövsümündə Azərbaycan Premyer Liqasına vəsiqə qazanıb.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью