Fərid Namazovun İmişli dəki taleyi necə olacaq? özü açıqladı

08.06.2025

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"İmişli"də baş məşqçi məsələsi ilə bağlı problemdən xəbərdarsız.

Xatırladaq ki, klubun indiki çalışdırıcısı Fərid Namazovla yollarını ayırıb, portuqaliyalı mütəxəssis Kriştiano Souza ilə anlaşacağı haqda iddialar var. Həmçinin bölgə təmsilçisinin icraçı direktoru Aqşin Mürsəlov saytımıza açıqlamasında yaxın günlərdə bu mövzuda konkret qərar veriləcəyini bildirmişdi.
Bəs məsələ nə yerdə qaldı? Baş məşqçi Fərid Namazov klubdakı fəaliyyətinə davam edəcəkmi?
Bu sualları Fərid bəyə ünvanladıq. Onun "Football-plus.az"a cavabı:

"Hazırda başqa ölkədə dincəlirəm. Müqaviləmin müddəti iyunun sonunda başa çatacaq. Bu məsələ ilə bağlı rəhbərlikdə aramızda müzakirə olmayıb. İyunun 10-da işlə bağlı Slovakiyaya yollanacağıq. Burda "Pro" lisenziyasının Analiz modulunda iştirak edəcəyik. Hələ ki gözləmə mövqeyindəyəm".

Xatırladaq ki, "İmişli" Fərid Namazovun rəhbərliyi altında premyer-liqaya vəsiqə qazanıb.
KƏNAN BAHADIR
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью