Fərid Osmanov: 6 Azərbaycan startapı Silikon Vadisi proqramında iştirak üçün seçilib

02.09.2026

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Altı Azərbaycan startapı “Plug and Play” və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə həyata keçirdiyi GOAL proqramı çərçivəsində Silikon Vadisi təcrübə proqramında iştirak üçün seçilib.


“APA-Economics” xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov “Plug and Play × IDDA – Industry Challenges” innovasiya tədbirində çıxışı zamanı bildirib.


Onun sözlərinə görə, proqram çərçivəsində Azərbaycan startapları qlobal vençur kapitalı fondları, beynəlxalq mentorlar, korporativ tərəfdaşlar və aparıcı innovasiya şəbəkələri ilə işləmək imkanı qazanacaqlar.


F. Osmanov qeyd edib ki, startaplar eyni zamanda öz məhsullarının necə təkmilləşdirilməsi, miqyaslandırılması və beynəlxalq bazarlara çıxarılması imkanlarını qiymətləndirəcəklər.


O bildirib ki, GOAL proqramı vasitəsilə Azərbaycanın inkişaf etməkdə olan startap ekosistemi ilə qlobal innovasiya ekosistemi arasında əlaqələrin gücləndirilməsi hədəflənir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью