Fərid Qayıbov AQEM in baş katibi ilə görüşüb

17.01.2025

Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Gənclər və idman naziri Fərid Qayıbov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) baş katibi Kayrat Sarıbayı qəbul edib.

"Report" xəbər verir ki, qonağı salamlayan nazir ona ölkəmizdə gənclər siyasəti üzrə görülən işlər və qazanılan uğurlar barədə məlumat verib.

Görüş zamanı AQEM-in Gənclər Şurasının sədrliyinin Azərbaycana keçməsi və bu kontekstdə Azərbaycanın öncəliklərinin həyata keçirilməsi üzrə məsləhətləşmələrin aparılması müzakirə olunub.

Bizim Telegram kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью