Fərid Qayıbov Azəbaycan millisi ilə görüşdü Şəkillər

23.06.2026

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Fərid Qayıbov Azəbaycan millisi ilə görüşdü - Şəkillər

İyunun 22-də gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanın qadın futbolu üzrə milli komandası ilə görüşüb.

QOL.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin akt zalında keçirilən görüşdə nazir komandanı əldə etdiyi uğurlu nəticə münasibətilə təbrik edib, qadın futbolunun inkişafının və qızların idmana cəlb olunmasının vacibliyini vurğulayaraq futbolçulara gələcək yarışlarda uğurlar arzulayıb.

Görüşdə milli komandanın üzvləri və məşqçilər heyətinin nümayəndələri də çıxış edərək göstərilən diqqət və dəstəyə görə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, qadınlar arasında dünya çempionatı-2027-nin seçmə mərhələsində qrupdakı son oyununda Şimali Makedoniya yığmasını 3:1 hesabı ilə məğlub edən Azərbaycan milli komandası qrup mərhələsini 12 xalla ikinci pillədə başa vurub.


Yuxarı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью