Fərid Qayıbov: “Azərbaycan Şahmat Federasiyasının işindən razıyıq” FOTO İdman və Biz | Icm…
Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan Şahmat Federasiyasının (AŞF) ilin yekunlarına həsr olunan tədbiri keçirilib.
İdman.biz xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, AŞF prezidenti Mahir Məmmədov və qurumun I vitse-prezidenti Faiq Həsənov iştirak ediblər.
AŞF I vitse-prezidenti öncə il ərzində keçirilən yarışlara diqqət çəkib.
O bildirib ki, Azərbaycan çempionatlarının hamısı yüksək səviyyədə təşkil olunub: “Azərbaycanda FİDE-nin 100 illiyi ilə bağlı beynəlxalq yarış keçirildi.
Vüqar Həşimovun xatirə turniri ilk dəfə Şuşada təşkil olundu. Əsas beynəlxalq yarışımız isə Olimpiada oldu.
Bu yarışda kişilərdən ibarət millimiz gənclərdən ibarət idi. Olimpiada göstərdi ki, düzgün qərar vermişik. Yarışı 8-ci yerdə bitirdik.
Qadın şahmatçılarımızın şansı olsa da, təəssüf ki, alınmadı".
Tam oxu
Xəbəri oxu