Icma.az, Qafqazinfo saytına istinadən bildirir. Xəbər verdiyimiz kimi, bu gün Milli Olimpiya Komitəsinin (MOK) İcraiyyə Komitəsinə yeni üzvl
“Qafqazinfo”nun məlumatına görə, siyahıda gənclər və idman naziri Fərid Qayıbov yer almayıb.
Bununla da, ötən seçkidə vitse-prezident seçilən nazir bu vəzifəsini itirib.
Onu bu postda isə güləş üzrə Olimpiya çempionu Fərid Mansurov əvəz edib.
Qeyd edək ki, ötən dəfə vitse-prezident seçilən digər şəxslər - Çingiz Hüseynzadə və Zemfira Meftahətdinova yenidən bu vəzifəyə seçiliblər.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.