Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Gənclər və idman naziri Fərid Qayıbov UNESCO-nun İdmanda Dopinqə Qarşı Beynəlxalq Konvensiyasına Tərəf Dövlətlərin Onuncu Konfransı (COP10) Bürosunun sədri kimi Hindistana səfər edib. Səfər zamanı nazir Fərid Qayıbov Hindistanın Yeni Dehli şəhərində keçirilən COP10 Bürosunun üçüncü iclasına sədrlik edib və COP10 Təsdiq Komitəsinin IV rəsmi iclasında iştirak edib.
İclas çərçivəsində Fərid Qayıbov Hindistanın gənclər işləri, idman, əmək və məşğulluq naziri Mansuk Mandaviya ilə ikitərəfli görüş keçirib. Görüş zamanı iki ölkə arasında gənclər və idman sahələrində əməkdaşlıq perspektivləri müzakirə olunub.
Qabil YUSİFOĞLU
XQ