Fərid Qayıbov COP9un Büro İclasında iştirak edib AZƏRTAC

11.12.2024

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 11 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyaya Tərəf Ölkələrin 9-cu Konfransının (COP9) növbəti Bürosunun vitse-prezidenti olaraq Estoniyaya səfər edib.

Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, səfər çərçivəsində nazir Estoniyanın paytaxtı Tallin şəhərində keçirilən COP9-un Büro İclasında iştirak edib.

Konfransda dopinqə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi, effektiv strategiyaların tətbiqi və ölkələr arasında təcrübə mübadiləsinin təşviqi kimi mühüm məsələlər müzakirə edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью