Fərid Qayıbov ESCAP ın İcraçı katibini qəbul edib

05.07.2025

Missiya.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


İyulun 5-də gənclər və idman naziri Fərid Qayıbov İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü çərçivəsində ölkəmizdə səfərdə olan Birləşmiş Millətlər Təşkilatı Baş katibinin müavini və BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (ESCAP) İcraçı katibi Armida Salsiah Alisjahbananı qəbul edib. 


Missiya.Az xəbər verir ki, görüşdə Azərbaycanla ESCAP arasında ikitərəfli əməkdaşlıq məsələləri və gənclər siyasətinin inkişafı mövzusunda fikir mübadiləsi aparılıb. 

Həmçinin gələcəkdə həyata keçiriləcək birgə layihələr və təşəbbüslərlə bağlı müzakirələr aparılıb.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью