Fərid Qayıbov Estoniyaya səfər edib

10.12.2024

Report.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Gənclər və idman naziri Fərid Qayıbov İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyaya Tərəf Ölkələrin 9-cu Konfransının (COP9) növbəti Büro İclasında iştirak etmək məqsədilə Estoniyanın paytaxtı Tallinə səfər edib.

"Report" xəbər verir ki, səfər çərçivəsində nazir Fərid Qayıbov Estoniyanın mədəniyyət naziri xanım Heydi Purqa ilə ikitərəfli görüş keçirib.

Görüş zamanı iki ölkə arasında idman sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Qeyd edək ki, Estoniyada idman sahəsində dövlət siyasətini Mədəniyyət Nazirliyi həyata keçirir.

Bizim WhatsApp kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью