Fərid Qayıbov FIBA nın baş katibi Andreas Zaqklislə görüşüb FOTO

25.04.2025

Icma.az bildirir, Idman.biz portalına istinadən.

Gənclər və idman naziri Fərid Qayıbov FIBA-nın baş katibi Andreas Zaqklisi qəbul edib.

İdman.biz xəbər verir ki, görüş zamanı Azərbaycanda basketbolun inkişafı, FIBA ilə mövcud və gələcək əməkdaşlıq imkanları müzakirə olunub.

Eyni zamanda, birgə təşəbbüslərin həyata keçirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycan Basketbol Federasiyasının icraçı vitse-prezidenti Fərrux Mahmudov və idman direktoru Turqay Zeytingöz, FIBA 3x3 basketbol yarışları üzrə menecer Yovana Vukoye da iştirak ediblər.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью