Fərid Qayıbov İsiaka Abdulqadir İmamı ilə gənclər və idman sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edib FOTO

06.03.2025

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Gənclər və idman naziri Fərid Qayıbov D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi İsiaka Abdulqadir İmamı qəbul edib.

İdman.biz xəbər verir ki, görüşdə gənclər və idman sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Nigeriyada keçiriləcək ll gənclərə məsul nazirlər iclasında iştirak və ölkəmizdə gənclər mübadiləsinin təşkili barədə fikir mübadiləsi aparılıb.

Görüşdə gənclər və idman nazirinin müavini İndira Hacıyeva, D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının I direktoru Əhmər İsmayıl, II direktoru Puncul Nuqraha, icraçı müavin Məhəmməd Bilal Xan və digər məsul şəxslər də iştirak ediblər.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью