Fərid Qayıbov Losif ilə görüşdü

08.04.2025

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

Aprelin 8-də gənclər və idman naziri Fərid Qayıbov Beynəlxalq Karlar İdman Komitəsinin (ICSD) prezidenti Adam Kosa və Avropa Karlar İdman Təşkilatının (EDSO) prezidenti Losif Stavrakakis ilə görüşüb.

Futbolpress.az xəbər verir ki, görüş zamanı ölkəmizdə deflimpiyanın inkişafı, bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsi və birgə layihələrin həyata keçirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycan Deflimpiya Komitəsinin prezidenti Anar Bayramov və digər şəxslər iştirak ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью