Fərid Qayıbov Macarıstanın Azərbaycandakı səfiri ilə görüşüb

04.02.2025

Icma.az bildirir, Report.az portalına istinadən.

Gənclər və idman naziri Fərid Qayıbov Macarıstanın ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri Tamaş Yojef Tormanı qəbul edib.

"Report" xəbər verir ki, görüş zamanı gənclər sahəsində mübadilə imkanları və idman sahəsində mümkün əməkdaşlıq perspektivləri müzakirə edilib.

Görüşdə nazirliyin Beynəlxalq əlaqələr sektorunun müdiri Zərifə Zülfüqarova və Macarıstan Səfirliyinin mədəniyyət və təhsil məsələləri üzrə birinci baş katibi Monika Felföldi də iştirak ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью