Fərid Qayıbov onu rəis təyin etdi FOTO

19.11.2024

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinə yeni rəis təyin olunub.

Modern.az-ın məlumatına görə, bu barədə gənclər və idman naziri Fərid Qayıbov əmr imzalayıb.

Nazirin əmri ilə Elvin İsmayıl oğlu Quliyev Gəncə-Daşkəsən Regional Gənclər və İdman idarəsinin rəisi vəzifəsinə təyin olunub.

O, bundan əvvəl Binəqədi rayon Gənclər və İdman İdarəsi baş məsləhətçisi, son təyinata qədər Gənclər və İdman Nazirliyinin əməkdaşı olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью