Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Sentyabrın 7-də gənclər və idman naziri Fərid Qayıbov Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qasım Mohuddini qəbul edib.
Görüşdə Azərbaycan-Pakistan əlaqələrinin gənclər və idman sahəsində inkişaf etdirilməsi, qarşılıqlı maraq doğuran istiqamətlər üzrə birgə tədbirlərin keçirilməsi məsələləri müzakirə olunub. Həmçinin gənclər siyasəti və idman sahəsində təcrübə mübadiləsinin əhəmiyyəti qeyd olunub, mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Görüşdə nazirliyin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Zərifə Zülfüqarova, səfirliyin inzibati məsələlər üzrə rəhbəri Məhəmməd Həsnain Ərşad da iştirak ediblər.
Qabil YUSİFOĞLU
XQ