Fərid Qayıbov Silva ilə görüşdü

03.04.2025

sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Aprelin 3-də gənclər və idman naziri Fərid Qayıbov Avropa Üzgüçülük Federasiyasının prezidenti Antoniu Silva ilə görüşüb. Sport24.az xəbər verir ki, görüşdə üzgüçülük idmanının inkişafı, beynəlxalq əməkdaşlıq və gələcək layihələr barədə fikir mübadiləsi aparılıb.

Həmçinin Avropa Üzgüçülük Federasiyası və Azərbaycan arasında əlaqələrin daha da genişləndirilməsi, birgə layihələrin icrası və təcrübə mübadiləsi imkanları müzakirə edilib.

Görüşdə Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev, Avropa Üzgüçülük Federasiyasının vitse-prezidenti Josip Varvodiç və digər şəxslər iştirak ediblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью