Fərid Qayıbov Şirvanda vətəndaş qəbulu keçirib

04.03.2026

525.az saytına istinadən Icma.az xəbər verir.

Gənclər və idman naziri Fərid Qayıbov martın 4-də Şirvanda Hacıqabul rayon və Şirvan şəhər sakinlərini qəbul edib.

525.az-a bu barədə Gənclər və İdman Nazirliyindən məlumat verilib.

Şirvan Gənclər Evində keçirilən qəbulda vətəndaşları dinləyən nazir Fərid Qayıbov onların müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib.

Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda mart ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью