Fərid Qayıbov tələbələrlə görüşdü

27.11.2024

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Noyabrın 26-da gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan İdman Akademiyasında (AİA) məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşüb.

Futbolpress.az xəbər verir ki, gənclər və idman nazirinin təşəbbüsü ilə AİA-da ilk dəfə tədrisi ingilis dilində aparılan məşqçilik ixtisası üzrə qəbul həyata keçirilib. Bu pilot layihənin birinci tədris ilində tələbələrin ingilis dili və bacarıqlarının təkmilləşdirilməsi nəzərdə tutulub. İxtisas fənləri isə növbəti ildən tədris olunacaq.

Görüşdə ingilis dilində tədris prosesinin təşkili məsələləri geniş müzakirə edilib. Məşqçilik ixtisası üzrə təhsil proqramının yenilənməsinin vacibliyini vurğulayan Fərid Qayıbov tədrisin ingilis dilində aparılmasının zəruriliyi və bunu doğuran səbəblər, eləcə də tələbələrin dil bacarıqlarının inkişaf dinamikası ilə bağlı müəllimlərlə müzakirə aparıb. Daha sonra tədris prosesinin təşkilinin gedişi və tələbələri narahat edən məsələlərlə bağlı onların fikirlərini öyrənib.

COP29, Əsas xəbərlər COP29: Fərid Qayıbov BMT nümayəndəsi ilə görüşdü

13 Noyabr 2024, 15:32

Əsas xəbərlər, Ümumi, Ümumi idman Fərid Qayıbov Paulo Rodriqeslə görüşdü

6 Noyabr 2024, 15:02

Əsas xəbərlər, Ümumi idman Fərid Qayıbov Zümrüd Selçuk ilə görüşdü

9 Oktyabr 2024, 17:50

Əsas xəbərlər, Ümumi idman Nazir beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü

8 Oktyabr 2024, 17:08

Əsas xəbərlər, Ümumi idman Fərid Qayıbov: “Belə yarışlar hər il olmalıdır”

28 Sentyabr 2024, 19:33

Əsas xəbərlər, Ölkə futbolu Qayıbov Zaqatala OİK-ə baxış keçirdi

27 Sentyabr 2024, 11:45

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью