Fərid Qayıbov yeni idman zalının açılışında iştirak edib

22.10.2026

Baku.ws saytına istinadən Icma.az xəbər verir.

Qaradağ rayonunun Lökbatan qəsəbəsində Azərbaycan Peşəkar Döyüş Klubunun yeni idman zalının açılışı olub.

BAKU.WS xəbər verir ki, açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov da iştirak edib.

Mərasimdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra nazir Fərid Qayıbov gənc idmançıların məşqini izləyib, onlarla söhbət edib. Tədbirin bədii hissəsində gənc idmançıların nümunəvi çıxışları təqdim olunub.

Qalereya

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью