Fərid Qayıbov Yevlax və Mingəçevir şəhər sakinləri ilə görüşüb

01.05.2025

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı,1 may, AZƏRTAC

Gənclər və idman naziri Fərid Qayıbov Yevlax və Mingəçevir şəhər sakinləri ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdən əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edilib.

Mingəçevir Gənclər Evində keçirilən tədbirdə vətəndaşları dinləyən Fərid Qayıbov onların müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib.

Qeyd edək ki, görüş mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda may ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью