Fərid Qayıbovdan idman federasiyaları ilə 28 ci görüş

18.09.2026

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Gənclər və idman naziri Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 28-ci görüşünü keçirib.

Futbolpress.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin rəsmi məlumatında bildirilib.

Azərbaycan İdman Akademiyasında baş tutan tədbirdən öncə nazir burada fəaliyyətə başlayan “AzerFit” layihəsinin gedişatı ilə tanış olub. Qeyd olunub ki, son 6 ayda akademiya daxilində işçi və səyyar qruplar formalaşdırılıb, xüsusi təlimlər təşkil edilib və ayrılmış otaq müasir avadanlıqlarla təmin olunub. Pilot mərhələ çərçivəsində Uşaq-Gənclər İdman Məktəblərindən (UGİM) 9-15 yaş aralığında 488 şagird seçilərək 10 fiziki test üzrə qiymətləndirilib. Uşaqların güc, dözümlülük, elastiklik, çeviklik və koordinasiya kimi əsas fiziki qabiliyyətlərini ücə çıxaran bu layihənin daha da genişləndirilməsi ilə bağlı nazir müvafiq tapşırıqlar verib.

Daha sonra başlayan rəsmi iclasda Fərid Qayıbov iştirakçıları salamlayaraq gündəlikdəki əsas mövzuları diqqətə çatdırıb. Görüş zamanı legioner kvotası, “AzerFit”in icrası, “Safeguarding” standartları, UGİM-lərin yeni fəaliyyət modeli və “İdman veteranları” ictimai birliyinin işi geniş müzakirə olunub.

Eyni zamanda Mərkəzləşdirilmiş Reyestr Sistemi, federasiyaların beynəlxalq əlaqələri, yarışların canlı yayımı, “Yarışların keçirilmə qaydaları”nın rəqəmsallaşdırılması, eləcə də “İdman səfirləri” və “SportExpo” layihələri ilə bağlı təqdimatlar keçirilib. Sonda federasiyaların sosial media fəaliyyətinə dair hesabatlar dinlənilib və digər cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью