Fərid Qayıbovdan “Sabah”a dəstək: “We are Sabah” FOTO

25.11.2026

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov UEFA Çempionlar Liqasının əsas mərhələsinin beşinci turunda Bakı Olimpiya Stadionunda keçirilən “Sabah” - “Barselona” qarşılaşmasını izləyənlər arasında olub.

İdman.Biz xəbər verir ki, nazir sosial şəbəkə hesabında stadiondan foto paylaşıb.

Fərid Qayıbov paylaşımına “We are Sabah” (“Biz Sabahıq” - red) sözlərini əlavə edərək Azərbaycan çempionuna dəstəyini ifadə edib.

Qeyd edək ki, qarşılaşma “Barselona”nın 4:1 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью