Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan cüdoçusu Fərid Rzazadə yeniyetmələr arasında Dünya çempionu olub.
Ekvadorun Quayakil şəhərində keçirilən Dünya çempionatının ilk yarış günündə -50 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz qızıl medal qazanıb.
Fərid Rzazadə finala gedən yolda Süleyman Doğru (Türkiyə), Bekaris Kudaybergen (Qazaxıstan) və Artur Bonatonu (Braziliya) mübarizədən kənarlaşdırıb. Həlledici görüşdə qazaxıstanlı Adiljan Nurbekeni məğlub edən cüdoçumuz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və Azərbaycanın Dövlət Himnini səsləndirib.
Qeyd edək ki, dünən daha 3 yeniyetmə cüdoçumuz Dünya çempionatında tatamiyə çıxıb.
Qabil YUSİFOĞLU
XQ