Fərid Şəfiyev: Bizə Ermənistanın sülh prosesinə referendumla münasibət bildirməyi lazımdır

11.06.2026

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bir neçə ildir Cənubi Qafqazda yeni geosiyasi reallıq formalaşıb.

APA xəbər verir ki, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev “Cənubi Qafqazda Yeni Geosiyasi Reallıqlar: Azərbaycan və Sülh Gündəliyi” mövzusunda tədbirdə deyib.

O, bu reallığın formalaşmasında Azərbaycanın rolunu vurğulayıb.

Fərid Şəfiyev əlavə edib ki, Azərbaycan yeni geosiyasi reallığın müəllifidir.

“Seçkilərin nəticəsi göstərir ki, Ermənistan sülh prosesini davam etdirmək istəyir. Amma yadda saxlamaq lazımdır ki, Azərbaycanın haqlı tələbləri dəyişməyib”, - BMTM sədri deyib.

Fərid Şəfiyevin sözlərinə görə, Qərb mediasında çap olunan bir sıra məqalələrdə iddia edilir ki, Azərbaycan Ermənistandan konstitusiya dəyişikliyi və referendumla bağlı tələbdən vaz keçməlidir.

“Biz isə deyirik ki, Azərbaycanın bu məsələyə baxışı birmənalıdır. Görünür Paşinyan və onun partiyası sülh istəyir, amma biz Ermənistanın gələcəkdə Paşinyan tərəfindən idarə olunmayacağı ehtimalını da nəzərə almalıyıq. Ona görə də bizə Ermənistan xalqının sülh prosesinə referendum vasitəsilə münasibət bildirməyi lazımdır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью