Fərid Şəfiyev: Fransa ilə bağlı araşdırmalar vacibdir

31.01.2025

Icma.az, Oxu.az saytına istinadən bildirir.

"Azərbaycanda Fransa mədəniyyətinə qarşı heç bir mənfi yanaşma yoxdur. Fransa ilə bağlı araşdırmalar vacibdir".

Oxu.Az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev BMTM-in təşkilatçılığı ilə Bakıda keçirilən "Fransa və Ermənistan-Azərbaycan münaqişəsi" mövzusuna həsr olunmuş beynəlxalq tədbirdə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, böhranın səbəbi təkcə erməni diasporu deyil. Düzdür, burada erməni diasporu rol oynayır, ancaq məsələ təkcə bu deyil:

"Təəssüf ki, Fransa erməni revanşizmini alovlayır. Fransa birmənalı deyir ki, Ermənistanı dəstəkləyirəm, silah-sursat göndərəcəm".

Mərahim Nəsib

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью