Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Orta Dəhliz regionda baş verən geosiyasi proseslər fonunda getdikcə daha mühüm əhəmiyyət kəsb edir.
"APA-Economics" xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Bakıda keçirilən Mərkəzi Asiya–Monqolustan–Qafqaz–Əfqanıstan (CAMCA) Regional Forumunda çıxışı zamanı deyib.
F. Şəfiyev bu kontekstdə İrandakı böhranı da nümunə göstərərək nəqliyyat bağlantılarının əhəmiyyətinə diqqət çəkib.
O bildirib ki, xüsusilə 2020-ci ildən sonra Gürcüstan, Qazaxıstan və digər ölkələr tərəfindən mövcud maneələrin azaldılması istiqamətində addımlar atılıb.
F.Şəfiyev Orta Dəhlizin inkişafı üçün əlavə investisiyalara ehtiyac olduğunu vurğulayıb.
“Əlbəttə, Xəzər dənizi ilə bağlı müəyyən çağırışlarımız var. Lakin düşünürəm ki, bəzi çətinliklərə baxmayaraq, Orta Dəhliz getdikcə daha mühüm əhəmiyyət kəsb edir”, – o qeyd edib.