Fərid Şəfiyev: Son iki ildə mətbuatda mənim adımdan təhrif olunmuş məlumatlar yayılıb

24.12.2024

Report.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Təəssüf ki, son iki il ərzində mətbuatda mənim adımdan təhrif olunmuş məlumatlar yayılıb.

“Report”un məlumatına görə, bunu fikirləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) illik hesabatına həsr olunmuş tədbirdə qurumun İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

F.Şəfiyev bildirib ki, o daha çox X sosial media hesabında paylaşımlar edir. “Erməni tərəfindən orada post etdiyim məlumatlar təhrif edilir. Təəssüf ki, yerli mediada da bu kimi yalan informasiyalara inanan və yayımlayanlar olur”.

Bizim WhatsApp kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью