Fəridə Əzizovaya vəzifə verildi Yeni Gündəm

04.11.2024

Icma.az xəbər verir, Yenigundem saytına əsaslanaraq.

Qadın taekvondoçulardan ibarət Azərbaycan milli komandasında baş məşqçi dəyişikliyi edilib.

”Yeni Gundem” xəbər verir ki, cənubi koreyalı çalışdırıcı Sun Mi Parkla yollar ayrılıb.

Artıq 52 yaşlı mütəxəssisin yerinə yeni təyinat da olub. Yığmaya rəhbərlik Azərbaycanın veteran taekvondoçusu Fəridə Əzizovaya tapşırılıb.

Qeyd edək ki, F.Əzizova İslam Həmrəylik Oyunlarının qalibi, dünya və Avropa çempionatlarının bürünc, I Avropa Oyunlarının gümüş mükafatçısıdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью