Fəridə Lütfəliyeva ÇL matçını idarə edəcək

19.07.2026

Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanlı FIFA referisi Fəridə Lütfəliyeva UEFA-dan yeni təyinat alıb.

Fanat.Az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, qadın futbolçular arasında UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin 2 oyununda iş başında olacaq.

Lütfəliyeva bu mərhələnin 5-ci qrupunun yarımfinalında "Flora" (Estoniya) – "Mgar Yunayted" (Malta) matçını idarə edəcək. 

O, həm də "Flora" – "Mgar Yunayted" qarşılaşmasının qalibinin iyulun 25-də finalda Slovakiyanın "Spartak Miyava" komandasında qarşı keçirəcəyi matçın ehtiyat hakimidir.

Digər referimiz Gülnurə Əkbərzadə iyulun 22-də reallaşacaq görüşdə yan xətt hakimi funksiyasını yerinə yetirəcək.

Oyunlar Slovakiyanın Miyava şəhərində yerləşən "Spartak Miyava" stadionunda keçiriləcək.

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью