“Ferit” əsgərliyi başa vurdu Video

30.04.2025

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Yalı çapkını” serialında “Ferit” obrazı ilə məşhurlaşan türkiyəli aktyor Mert Ramazan Demir hərbi xidməti başa vurub. 

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, aktyorun andiçmə mərasimindən görüntülər yayılıb.

27 yaşlı aktyoru andiçmə mərasimində “Yalı çapkını”nda “Ferit”in atası - “Orhan” obrazına həyat verən müğənni-aktyor Emre Altuğ tək qoymayıb.

Qeyd edək ki, Demir ötən ay alternativ hərbi xidmətə yollanıb. O, Hatay şəhərinin İskenderun rayonunda xidmət edib.






Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью