Ferlan Mendi İspaniyada klubunu dəyişir?

11.11.2025

Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Atletiko Madrid” baş məşqçisi Dieqo Simeone qış transfer pəncərəsi üçün müdafiə xəttinə gücləndirmə planı hazırlayıb.

Fanat.Az xəbər verir ki, argentinalı mütəxəssis “Real Madrid”in sol cinah müdafiəçisi Ferlan Mendinin transferini rəhbərlikdən tələb edib.

“365 Scores” nəşrinin məlumatına görə, Simeone fransız futbolçunun təcrübəsinə və müdafiədə sabit oyununa böyük önəm verir. “Atletiko” rəhbərliyi də Mendi üçün rəsmi addımlar atmağa hazırlaşır.

Əgər transfer reallaşarsa, Ferlan Mendi Madrid şəhərini tərk etmədən yalnız klubunu dəyişəcək. 30 yaşlı futbolçu bu mövsüm “Real Madrid”də bir sıra oyunlarda start heyətində yer alsa da, gələcəyi hələ də qeyri-müəyyəndir.

Kamil Xudiyev

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью