Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30.01.2026

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Cəlilabad rayonunun Uzuntəpə kəndindən olan Həsənovlar ailəsinin dörd övladı uzun illərdir təhsildən kənarda qalıb.

Moderator.az "Teleqraf"a istinadən xəbər verir ki, ailənin acınacaqlı maddi vəziyyəti onları illər əvvəl Masallı rayonunda fermada işləməyə məcbur edib.

Bu səbəbdən uşaqlar məktəbə həsrət qalıblar.

Hazırda ailənin övladları - 17 yaşlı Yılmaz Həsənov, 14 yaşlı Həsən Həsənov, 11 yaşlı İbrahim Abdullayev və 10 yaşlı Musa Həsənov valideynlərinə kömək edirlər.

Ailənin böyük övladları fasilələrlə bir neçə il məktəbə getsələr də, 10 yaşlı Musa heç vaxt parta arxasında əyləşməyib.

Qardaşların heç biri oxuyub-yazma bacarığına yiyələnə bilməyib.

Ailə bu vəziyyətdən çıxış yolu tapmaqda çətinlik çəkir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью