Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir | Icma.az
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq. Baku TV-nin "qaynar xətt"inə müraciət edən Zaqatala rayon sakini Nərminə Həsənova sosial yardı
O bildirib ki, həyat yoldaşı Həsən Həsənov Vətən müharibəsi iştirakçısıdır və keçirdiyi sarsıntılar səbəbindən əsəb sistemində yaranan probl
Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir Maddi çətinliklərlə üzləşən ailə dolanışıq naminə Şəkinin Cuma kəndindən
"Üç balam təhsil almalıdır - ikisi məktəbə, biri isə hazırlığa getməlidir. Lakin yoxsulluq ucbatından onları məktəbə göndərə bilmirəm.
Dövlət sosial yardım ayırsa, bizi evlə təmin etsə, mən də gedib öz evimdə oturaram.
Hər bir ana kimi mən də övladlarımın məktəbə getməsini, oxumasını istəyirəm.
Heç yerdən yardım almıram, sadəcə prezident təqaüdü 80 manat var. İmtina vururlar ki, iş lazımdır. Nə mən, nə də yoldaşım işləyə bilirik".
Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondundan bildirilib ki, Həsən Həsənovun həyat yoldaşı, Zaqatala rayon sakini Nərminə Elman qızı Həsənova ilə ailənin ünvanlı dövlət sosial yardım hüququnun müəyyən edilməsi ilə əlaqədar ilkin olaraq telefon vasitəsilə əlaqə yaradılıb.
Tam oxu
Xəbəri oxu