Fərman Həsənov UFC dəki ilk döyüşündən danışdı VİDEO

25.08.2026

Icma.az, Moderator.az saytına istinadən bildirir.

Baku TV-nin "Qapqara" verilişinin yeni buraxılışının qonağı UFC döyüşçüsü Fərman Həsənov olub.

O, UFC-dəki ilk döyüşündə yaşadığı çətinliklərdən və rekord qırdığı qarşılaşmanın pərdəarxası məqamlarından danışıb:

"Döyüşə çıxanda planda yumruq vurmaq yox idi. Əllərim zədəli idi, sümüklər yerindən dəyişmişdi. Ona görə bütün döyüşü yalnız güləşdim. Beləliklə, UFC-də 77 kiloqram çəki dərəcəsində ilk raundda ən çox "takedown" edən idmançı kimi tarixə düşdüm".

Fərman Həsənov həmçinin UFC-yə gedən yolda qarşılaşdığı ağır sınaqlardan söz açıb. O, ABŞ-də heç bir tanışının, menecerinin və döyüşə biləcəyi liqanın olmadığını, ilk vaxtlar kuryer kimi işlədiyini və məşqlə işi eyni vaxtda apardığını bildirib:

"10 ay ilk döyüşümü gözləmişəm. Məşqə gedirdim, sonra işləyirdim, yenidən məşqə qayıdırdım. Heç kimlə bölüşmürdüm ki, hansı çətinliklərlə qarşılaşıram. Evə də deyirdim ki, hər şey yaxşıdır".

F.Həsənov hazırda əllərinin hələ tam sağalmadığını və əməliyyat üçün karyerasına fasilə vermək istəmədiyini də qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью